
Keçiboynuzu çoxları tərəfindən bəyənilməsə də, mütləq qəbul edilməsi lazım olan qidalardan biridir.
Keçiboynuzunun faydaları:
1. Keçiboynuzu təbii antioksidant mənbəyidir. Orqanizmin müqavimətini artırır və orqanizmi xəstəliklərdən qoruyur. Xüsusilə, astma və bronxitə qarşı təsirlidir.
2. Zəngin mineral və vitamin tərkibi ilə infeksiyalara qarşı qoruyucu tərkibə malikdir və mövcud olan infeksiyaları da sağaldır.
3. Lifli quruluşu sayəsində ürək-damar sağlamlığı üçün çox faydalıdır. Qan təzyiqi, insult, damar tıxanması kimi xəstəliklərin qarşısının alınmasında böyük rol oynayır.
4. Yedikdə şirin dad verən keçiboynuzunun əslində şəkəri azdır. Keçiboynuzu bu xüsusiyyəti ilə qan şəkərinin yüksəlməsinin qarşısını alır. Bu da onu göstərir ki, diabet xəstələri üçün çox təhlükəsiz qidadır.
5. Lifli quruluşu ilə ürək-damar sağlamlığına fayda verməklə yanaşı, həm də toxluq hissi verir, arıqlamağı asanlaşdırır.
6. Keçiboynuzu, həmçinin həzmə kömək edir.
7. Zədələnmiş hüceyrələri yeniləyir və qocalma əlamətlərini gecikdirir.
8. Antibakterial xüsusiyyətləri ilə yaraların tez sağalmasına kömək edir.
9. Keçiboynuzu bədəndəki sərbəst radikalları təmizləyir. Bu proses xərçəng riskini azaldır.
Yuxarıda qeyd etdiyimiz kimi, keçiboynuzunun tərkibində kalsiumun miqdarı kifayət qədər yüksəkdir. Bu, sümükləri gücləndirməyə və osteoporozun qarşısını almağa kömək edir.
Zəngin mineral quruluşu ilə ağız sağlamlığına da təsir edir. Dişləri və diş ətlərini qoruyur.
Keçiboynuzu necə qəbul olunur?
Yeməklər arasında keçiboynuzu yeyə bilərsiniz, ya da toz halına salıb un yerinə istifadə edə bilərsiniz. Digər tərəfdən, bu bitkinin bəkməzi də çox faydalıdır.Bunu evdə hazırlamaqda çox rahatdır.
1-500 qram qurudulmuş keçiboynuzu
2-500 qram şəkər tozu
3-yarım limon
Keçiboynuzu bəkməzinin hazırlanması təxminən 2 gün çəkir. Əvvəlcə keçiboynuzunu yaxşıca yuyun və bir qabda suda yumşalana qədər gözləyin. Keçiboynuzu suya rəngini ötürməyə başlayanda suyu dəyişdirin. Bu prosesi bir gün davam etdirin.
Keçiboynuzunu bir gün suda saxladıqdan sonra yaxşı yumşalacaq. Ertəsi gün onu bir qazana alın və təxminən 2 saat suda bişirin.
Təxminən 2 saat bişmiş keçiboynuzunu oddan götürüb püresi olana qədər yaxşıca əzin. Sonra şəkər və limon əlavə edin, yüksək odda 30-40 dəqiqə bişirin və bəkməziniz hazırdır.
Mənbə: Hürriyet
Tərcümə etdi: Lamiyə Cənnətzadə
