Bu gün:

İqtisadi sahədə Azərbaycan–Oman əlaqələri genişlənir


İqtisadiyyat naziri Mikayıl Cabbarov Oman Sultanlığının iqtisadiyyat naziri Səid bin Məhəmməd bin Əhməd Əl Saqri ilə görüş keçirib. Görüşdə Azərbaycan ilə Oman arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi imkanları müzakirə olunub.

24media.az bildirir ki, danışıqlar zamanı birgə iqtisadi fəaliyyətin təşviqi məqsədilə hüquqi və müqavilə bazasının möhkəmləndirilməsinin vacibliyi vurğulanıb, həmçinin Azərbaycan–Oman Birbaşa İnvestisiya Fondu, İnvestisiya üzrə İşçi Qrupu və Birgə Biznes Şurasının yaradılmasının əhəmiyyəti diqqətə çatdırılıb.

Görüşdə bərpa olunan və ənənəvi enerji, nəqliyyat, logistika, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Azərbaycan və Oman arasında iqtisadi sahədə əməkdaşlıq son illər ərzində müxtəlif səviyyələrdə keçirilən görüşlər, biznes forumları və rəsmi təmaslar çərçivəsində müzakirə olunub. Bu görüşlərdə ticarət, investisiya və qarşılıqlı biznes əlaqələrinin inkişafı əsas diqqət mərkəzində olub.

Aytac Musayeva

Paylaş
Şərh əlavə et