Bu gün:

Aspartam həqiqətən xərçəngə səbəb olurmu?


Bir çox qida və içkilərin tərkibində olan aspartamın “kanserogen ola bilən maddələr” sırasına daxil ediləcəyi xəbərlərdə öz əksini tapıb. 

"Mümkün kanserogenlər" anlayışı çox vaxt çaşdırıcıdır. Bunun səbəbi xərçəngə səbəb olma ehtimalının yüksək və ya aşağı olması ilə bağlı heç bir ipucu verməməsidir. Eyni kateqoriyaya aid digər inqrediyentlərə aloe vera, dizel benzini və Asiyadan turşu tərəvəzləri daxildir. 


Aspartam nədir ?


Şəkərdən 200 dəfə şirin olan aspartam kalorisiz qida və içkiləri şirinləşdirə bilir. Bir çox pəhriz, şəkərsiz məhsul və saqqızlarda olan aspartam Coca Cola Zero və Pepsi Max kimi içkilərin əvəzolunmazıdır. Aspartamın 6000 müxtəlif qida məhsulunda istifadə edildiyi təxmin edilir. Bu maddə qida təhlükəsizliyi agentliklərindən lazımi icazələr alındıqdan sonra onilliklər ərzində istifadə olunur. Amma bu prosesdə aspartamla bağlı müzakirələr heç vaxt əskik olmadı. Bu günə qədər IARC aspartam və xərçəng arasındakı əlaqəni araşdıran 1300 tədqiqatın skrininq prosesini tamamladı. Bu proseslə tanış olan mənbələrlə söhbət edən Reuters yazıb ki, aspartam da “mümkün kanserogenlər” siyahısına əlavə olunacaq. 


"Aspartam tarixdə ən çox araşdırılan qida maddələrindən biridir və dünyada 90-dan çox qida təhlükəsizliyi agentliyi bunun təhlükəsiz olduğunu bildirir",- deyə Beynəlxalq Şirinləşdiricilər Assosiasiyasından Frances Hunt-Wood qeyd edib.


Mənbə: BBC


Tərcümə etdi: Səadət Quliyeva

Paylaş
Şərh əlavə et