Bu gün:

İntuisiyanı gücləndirmək üçün nə etmək lazımdır?


Bəzən daxili müdrikliyimizin, intuisiyamızın səsini eşitmirik. Belə zamanlarda daxili səsimizi bərpa etməyin yolları var. 


1. Zehni sakitləşdirmə təcrübəsi


Ursula K. LeGuinin dediyi kimi: “Eşitmək üçün susmaq lazımdır”. Qarışıq ağıl mühüm intuitiv mesajların bulanıqlaşmasına səbəb ola bilər. Fikrinizi sakitləşdirməyi öyrənmək intuitiv qabiliyyətlərinizi inkişaf etdirmək üçün ilk addımdır. Fikrinizi sakitləşdirmək üçün meditasiya kimi təcrübələrdən istifadə edə bilərsiniz. Meditasiya sizə düşüncələrinizdən xəbərdar olmağa və mühakimə etmədən sadəcə olaraq mövcud olmağa imkan verir. Müntəzəm olaraq meditasiya etdiyiniz zaman şüurluluq bacarıqlarınızı inkişaf etdirirsiniz və zehniniz qeyri-iradi fikirlərlə dolduqda onu boşaltmaq və bir az susdurmaq asanlaşır. 


2. Hər şey qarışdıqda, diqqəti cəmləyin 


Gün ərzində enerjimiz çoxlu vəzifələr və məsuliyyətlər sayəsində dağıla bilər. Bu vəziyyətdə enerjinizi toplamaq və cəmləmək və ona diqqət yetirmək üçün prioritet mövzu seçin. Enerjinizi və daxili diqqətinizi düzgün yönləndirməyi öyrənmək intuitiv qabiliyyətlərinizi də gücləndirir. Bəzən həyatın tempi enerjinizi boşalda bilər və intuitiv mesajların diqqətdən kənarda qalmasına səbəb ola bilər.


4. Özünüzə vaxt ayırın 


Hər kəsin mənəvi və fiziki enerjiləri məhduddur və bu səbəbdən enerjilərimizi diqqətlə idarə etmək vacibdir. Özünüzü həyatdakı məsuliyyətlərinizə həsr edərkən öz ehtiyaclarınıza məhəl qoymamaq enerjinizi və intuisiyanızı zəiflədə bilər. Hər gün zövq aldığınız şeylərlə məşğul olmaq və ya özünüzə qulluq etmək üçün bir az vaxt ayırın və bu vaxtı intuitiv enerjinizi artırmaq və daxili müdrikliyinizə diqqət yetirmək üçün istifadə edin.


Mənbə: Habertürk


Tərcümə etdi: Səadət Quliyeva

Paylaş
Şərh əlavə et