“Galatasaray HDI Sığorta” kişi voleybol komandasında baş məşqçi vəzifəsinə italiyalı Andrea Gardini gətirilib.
Sarı-qırmızılı klubun açıqlamasına görə, 60 yaşlı baş məşqçi ilə 1 ili opsiyalı olmaqla 1,5 illik müqavilə imzalanıb.
Gardini məşqçilik karyerasında ardıcıl olaraq “AZS Olsztyn”, “ZAKSA”, “Piacenza”, “Jastrzebski Wegiel”, “Skra Belchatow” və “Olympiakos” komandalarını çalışdırıb. Təcrübəli mütəxəssis həmçinin İtaliya kişi milli komandasında və Polşa kişi milli komandasında köməkçi məşqçi vəzifəsində çalışıb.
Gardininin karyerasında iki Polşa Liqası, bir Polşa Kuboku, bir Polşa Super Kuboku, bir Yunanıstan Kuboku və bir Yunanıstan Super Kuboku çempionluğu yer alıb.
Mənbə: TRT Sporta
Tərcümə etdi: Fəqan Nurullazadə
