İsrail şənbə günü Qəzzanın daxilindəki bir avtomobilə endirilən zərbə nəticəsində Həmasın çinli komandirini öldürdüyünü bildirib.
İsrail ordusu və "Şin Bet" təhlükəsizlik agentliyinin birgə bəyanatında HƏMAS-ın hərbi qanadı olan Əl-Qəssam Briqadalarının silah istehsalı rəhbəri Raed Saadın Qəzza şəhərində "zərərsizləşdirildiyi" elan edilib.
Saad ən görkəmli Qəssam komandirlərindən biri hesab olunurdu və Həmasın 7 Oktyabrda Qəzza şəhərindən şərqdəki İsrail icmalarına qarşı həyata keçirdiyi hücumlar zamanı bir neçə briqadaya rəhbərlik edib.
Mənbə: BBC News
Tərcümə etdi: Nərmin Nəcəfova
