Aylar keçdikcə bədənimiz dəyişən fəsillərə cavab verir. "British Journal of Dermatology"nin verdiyi məlumata görə qışda həzm qabiliyyəti daha yüksəkdir və yazın gəlişi ilə saçlarımız daha sürətlə uzanır. Eynilə, bəzi insanlar yaz aylarında həzmsizlik əlamətlərinin bir qədər artdığını fərq edə bilərlər. Bu sadəcə təsadüfdür, yoxsa bu mövsümi xəstəliyin elmi izahı var?

Tibbi dildə dispepsiya adlandırılan həzmsizlik, Mayo Klinikasına görə qarının yuxarı hissəsindəki narahatlığı ifadə edən bir termindir. Semptomlar bir insandan digərinə dəyişə bilər və yanma hissi, dolğunluq, şişkinlik, ürək bulanması və s. Bəzi insanlar vaxtaşırı və ya müntəzəm olaraq həzmin pozulmasını hiss edə bilərlər.

Atmantan Sağlamlıq Mərkəzinin Tibb Direktoru Dr. Manoj Kutteri HealthShots-a bildirib ki, temperatur yüksəldikcə qan axınımız temperaturu tənzimləmək üçün bədənin digər hissələrinə yönəlir.
Nəticədə həzmimiz yavaşlayır və həzm pozğunluğuna daha həssas oluruq. Yüksək temperaturda susuzlaşma riski artır, bu da bədənimizin yediklərimizi həzm etməsini çətinləşdirir.

Populyar yay yeməkləri (məsələn, burger və ya kartof qızartması və ya spirtli içkilər) yeyirsinizsə, bu daha da pisləşə bilər. Bu maddələrin bədəndə tamamilə parçalanması daha çox vaxt tələb edir.

Həzmi sürətlətdirmək üçün məşq faydalı ola bilər. Fiziki fəaliyyət təkcə stressi azaltmır, həm də həzmi sürətləndirir.
Mənbə: Habertürk
Tərcümə etdi: Aytən Nazim
