
Tibb elmləri doktoru, kardioloq Dilək Cahidə Haznedar Kırcı bəzi insanların infarkt riskinin 21 qat daha yüksək olduğunu bildirib.
Tibb elmləri doktoru, kardioloq Dilək Cahidə Xəzinədar Kırcı yüksək stresin infarkt riskini və stresdən qaynaqlanan müvəqqəti infarkt olaraq bilinən “stres kardiyomiyopatiyasını” artırdığını söyləyib. Kırcı qeyd edib ki, sevdiyi insanı itirənlərin infarkt riski 21 qat daha yüksəkdir: "Tədqiqatçılar qeyd edirlər ki, həyatınızda əhəmiyyətli bir yeri olan sevdiyiniz birini itirdiyiniz zaman infarkt riskiniz itkinin ertəsi günü 21 dəfə, bir həftə sonra isə 6 dəfə artır".
Yüksək stresdən sonra infarkt riskiniz artsa da, əsasən stresdən qaynaqlanan müvəqqəti infarkt olaraq bilinən stres kardiyomiyopatiyası riskiniz də artır”,- deyə o qeyd edib. Travmatik hadisələrin, psixoloji stresin və yuxu pozğunluğunun koroner ürək xəstəliyi üçün əsas risk faktoru olduğunu qeyd edən Kırcı: "Depressiyanın koroner ürək xəstəliyinin inkişafı üçün əsas risk faktoru olduğu bilinir və bu təsir cinsiyyət, bədən çəkisi, aktivlik, qan təzyiqi və siqaret çəkmə kimi digər ürək-damar risk faktorlarından asılı deyil",- deyə vurğulayıb.
Travmatik hadisələrin, psixoloji stresin və yuxu pozğunluğunun koroner ürək xəstəliyi üçün əsas risk faktoru olduğu və kəskin miokard infarktının (infarkt) psixoloji streslə əlaqəli olduğu düşünülür. Müsbət və ya mənfi olan bütün duyğularınız fizioloji dəyişikliklərə səbəb olur və yaşadığınız stres səviyyəsi bir çox sağlamlıq problemlərinə səbəb ola bilər. Qan təzyiqi və qan şəkəri stress hormonu olaraq bilinən adrenalin səviyyəsini artıraraq və buna görə simpatik sinir sistemini aktivləşdirərək yüksəlir. Stresin qan laxtalanma yolunda dəyişikliklərə səbəb ola biləcəyini və bununla da infarkt riskini artırdığını göstərən araşdırmalar var.
Yüksək stresdən sonra infarkt riskiniz artsa da, əsasən stresdən qaynaqlanan müvəqqəti infarkt olaraq bilinən stres kardiyomiyopatiyası riskiniz də artır. Kırcı stress kardiyomiyopatiyasının simptomlarının tipik infarktda görülən simptomlara çox bənzədiyini söyləyib: "Stress kardiyomiyopatiyasının simptomları tipik infarktda görülən simptomlara çox bənzəyir. Sinə ağrısı, nəfəs darlığı, aşağı qan təzyiqi və hətta konjestif ürək çatışmazlığı ola bilər. Sınıq ürək sindromunda simptomlar ailədə ölüm, ciddi maddi itkilər, həddindən artıq qəzəb, məişət zorakılığı, ciddi xəstəlik diaqnozu, yol qəzası və ya digər ağır travma kimi ağır stresli vəziyyətdən dərhal sonra başlaya bilər. Bu, həyati təhlükə yarada bilər və təcili tibbi yardım tələb etsə də, müvəqqətidir və qalıcı ürək zədəsi qoymur. Ürək problemi və qırıq ürək sindromu tez-tez bir-biri ilə qarışdırılır. Ancaq ikisi arasında fərqlər var.
Sınıq ürək sindromundan əziyyət çəkən şəxs damarların tıxanması ilə qarşılaşmır, ancaq ürək damarlarında qan axını azalır. Sınıq ürək sindromu olan insanlar, ümumiyyətlə, əhəmiyyətli tıxanma olmadan normal arteriyalara sahibdirlər. Simptomlar emosional stresdən qaynaqlanır və stres azaldıqda ürək də bərpa oluna bilər. Digər tərəfdən tipik bir infarkt, tez-tez qan axını dayandıran və ürək hüceyrələrinin ölümünə səbəb olan və qalıcı ziyana səbəb olan koronar arteriyaların tıxanması səbəbindən inkişaf edir”,- deyə qeyd edir. Takotsubo kardiyomiyopatiyası da deyilən bu vəziyyət belə adlandırılmışdır, çünki ürəyin sol tərəfi Yapon balıqçılarının səkkizayaq tutmaq üçün istifadə etdikləri gəmiyə bənzəyir. Daha sonra bu tərif dünyada “stress kardiyomiyopatiyası “və ya” qırıq ürək sindromu “olaraq da adlandırıldı”,- deyə o vurğulayıb.
Mənbə: CNNtürk
Tərcümə etdi: Aysu Əsədova
