
Dırnaqlarımızda əmələ gələn ağ zolaqlar bəzən üfüqi, bəzən də şaquli olaraq görünür. Əksər hallarda bunun vitamin çatışmazlığından qaynaqlandığına əhəmiyyət vermirik, lakin bu ləkələr ciddi sağlamlıq problemlərinin xəbərçisi ola bilər.

Leykon
Dırnaqlarınızdakı ağ nöqtələrin qalıcı olması halında həkimə müraciət etməlisiniz. Mövcud ləkələrdən və onların əsl səbəblərindən necə asanlıqla qurtulacağınıza dair ekspert rəyi vacibdir.
Dırnaq göbələyi
Dırnaqlardakı ağ ləkələr bəzən dırnaq göbələyinin əlaməti ola bilər. Mantar vəziyyətində antifungal dərmanlar tövsiyə olunur. Bəzən gözə görünməyən əsasları aşkar etmək üçün müxtəlif testlər də aparılır. Mütləq həkim rəyi olduqdan sonra dırnaq göbələyi dərmanlarından istifadə etməlisiniz. Yan təsirlər təhlükəli ola bilər.
Diabet
Dırnaqlarda kiçik hesab etdiyimiz ağ ləkələr diabetin əlaməti ola bilər. Erkən diaqnoz qoyulmazsa, bu cür yara izləri bədənin digər bölgələrində də görünəcəkdir. İnkişaf etmiş bir vəziyyətdən danışırıqsa, oynaqların sərtləşməsi müşahidə edilə bilər. Diabetli insanlarda bu vəziyyət böyrək problemlərinə də səbəb ola bilər.
Böyrək çatışmazlığı
Ağ ləkələr bəzən böyrək problemlərinin kiçik bir əlaməti ola bilər. Buna leykonika da deyilir. Dırnaq parçalanması və qara zolaqlar da böyrək problemlərinə işarə edə bilər.
Otoimmün
Dırnaqlarda ağ ləkələrin başqa bir səbəbi otoimmün xəstəliyi ola bilər. Bu vəziyyət bədənin immun sistemi bədənin sağlam hüceyrələrinə hücum etdikdə meydana gəlir. Bu vəziyyətdə bir mütəxəssislə məsləhətləşmək və ətraflı müayinələr aparmaq vacibdir.
Melanoma
Bu cür yara izləri melanoma dəri xərçənginin inkişaf etmiş mərhələlərində aşkar edilə bilər. Dırnaqların dərisindən başlayan xərçəng zamanla bütün dəriyə yayılacaq. Lakin melanomanın erkən aşkarlanması halında onun pis təsirləri yox ola bilər.
Mənbə: CNN Türk
Tərcümə etdi: Aysu Əsədova
