Bu gün:

Əsirlikdə yaşayan ən yaşlı qorilla


Əsirlikdə yaşayan ən yaşlı qorilla 66 yaşını meyvələrlə qeyd edib. Yaşı üçün üzərində yaşı yazılmış qarpız gətirilib, tərəvəz və meyvələr ehtiyatla yerləşdirilib. 

Almaniyanın Berlin Zooparkında dişi qorilla Fatou ad gününü qeyd edib. Zooparkın əməkdaşı olan məmurlardan biri bu haqda açıqlama verib: “Fatu dişi qorilladır, yaşı həmcinslərindən böyükdür. Biz onun 66 yaşını qeyd edirik və onu zooparkda yaşayan ən yaşlı qadın qorilla edirik”.

Zoopark rəsmiləri əsirlikdə olan ən Fatounun doğum gününü hər il qeyd edəcəklərini bildiriblər. “Biz onun ad gününü onun 50 yaşı tamam olanda qeyd etməyə başladıq. Onun bu qədər yaşlanacağını düşünməzdik, hər il də qeyd etməyə davam etdirəcəyik. Təbiətdəki qorillalar adətən 45-50 yaşa qədər yaşasalar da, zooparkdakılar bir az daha çox yaşayır, lakin 66 yaş olduqca çoxdur” 

Mənbə: CNN Türk

Tərcümə etdi: Sayad Qoşnalıyeva

Paylaş
Şərh əlavə et