Nüfuzlu “GQ” jurnalının məşhur dizayneri Heyder Akermanı 2025-ci ilin “İlin Dizayneri” adına layiq görüb. Bu mükafat onun “Tom Ford” brendində yaratdığı yeni estetikaya və hazırkı moda dünyasına güclü təsirinə görə verilib.
Akerman 2024-cü ilin sonunda “Tom Ford” brendinin yeni kreativ direktoru təyin edilib. O, debüt kolleksiyasını Paris Moda Həftəsində təqdim edərək həm tənqidçilərdən, həm də auditoriyadan yüksək qiymət alıb.
“GQ” yazır ki, Akerman modaya səssiz cazibə, emosional dərinlik və yeni romantika gətirir.
Akermanın uğuru 2025-ci ildə modanın istiqamətini müəyyənləşdirən əsas hadisələrdən biri sayılır. Onun yanaşması göstərir ki, lüks moda artıq yalnız parıltı deyil, eyni zamanda duyğu, estetik zövq və yeni hekayədir.
Mənbə: gq.com
Tərcümə etdi: Şehrin Musayeva
