“H&M” dünyaca məşhur dizayner və davamlı moda rəhbəri Stella Mak Kartni ilə yeni əməkdaşlıq etdiyini rəsmən açıqlayıb. Yeni kolleksiya 2026-cı ilin yazında həm mağazalarda, həm də onlayn satışda olacaq.
Bu, “H&M” ilə Mak Kartni arasında ilk əməkdaşlıq deyil. Tərəflər ilk dəfə 2005-ci ildə birgə kolleksiya təqdim ediblər.
“H&M” bildirir ki, yeni xətt ekoloji materiallardan, o cümlədən sertifikatlaşdırılmış və təkrar emal olunmuş parçalardan hazırlanacaq. Stella Mak Kartninin uzun illərdir müdafiə etdiyi “etik və davamlı moda” yanaşması kolleksiyanın əsasını təşkil edəcək.
Artıq "Fashion Awards 2025" mərasimində kolleksiyadan ilk geyimlər nümunə kimi təqdim olunub və böyük maraq doğurub.
Mənbə: reuters.com
Tərcümə etdi: Şehrin Musayeva
