Bu gün:

Cənubi Afrikada kütləvi atışma baş verib


Paytaxt Pretoriyanın qərbindəki Saulsvill qəsəbəsində şənbə günü naməlum silahlı şəxslər binaya basqın edib və 14 nəfər yaralanıb. Ölənlər arasında üç yaşlı uşaq da var.

Polisin sözçüsü Briqadir Athlenda Mathenin dediyinə görə, "Azı üç naməlum silahlı şəxs bir qrup insanın içki içdiyi yataqxanaya daxil olaraq onlara atəş açmağa başlayıblar".

Atışmanın səbəbi məlum deyil və heç kim həbs edilməyib.

Mənbə: BBC News

Tərcümə etdi: Nərmin Nəcəfova

Paylaş
Şərh əlavə et