Bu gün:

Rusiyadan Ukraynanın infrastruktur hədəflərinə hava hücumu


Rusiya Kiyevin yaxınlığında Fastiv qəsəbəsindəki dəmiryolu deposunu hədəfləyib.

ABŞ və Ukrayna arasında Florida ştatında davam edən danışıqlar üçüncü gününə keçərkən Rusiya Ukraynanın infrastruktur hədəflərinə genişmiqyaslı hava hücumu həyata keçirib.

Rəsmi mənbələrin məlumatına görə, gecə boyu Rusiya 653 pilotsuz uçuş aparatı (dron) və 51 raket buraxıb, bunların əksəriyyəti vurulub. Bir zərbə Kiyevin kənarındakı Fastiv qəsəbəsindəki dəmiryolu qovşağına dəyib, əsas vağzal binasını məhv edib və dəmiryolu nəqliyyat vasitələrinə ziyan vurub.

Prezident Volodimir Zelenski hücumu "hərbi baxımdan mənasız" adlandıraraq qeyd edib ki, "Ruslar bunun fərqində ola bilməzdilər".

Daha əvvəl Moskvada keçirilən danışıqlar irəliləyiş əldə etmədiyi üçün ABŞ və Ukrayna nümayəndələri Rusiyanı "uzunmüddətli sülhə ciddi sadiqliyi" nümayiş etdirməyə çağırıblar.

Mənbə: BBC news

Tərcümə etdi: Fidan Ağayeva

Paylaş
Şərh əlavə et