ABŞ Qida və Dərman İdarəsi Alzheimer xəstəliyinin inkişafını yavaşlatmaq üçün göstərilən dərmana tam icazə verir
ABŞ Qida və Dərman İdarəsi ilk dəfə olaraq Alzheimer xəstəliyini yavaşlatan dərmana tam icazə verdi. Dərmanın xəstəliyi 27 faiz yavaşlatdığı müəyyən edilib.

ABŞ Qida və Dərman İdarəsi (FDA) Alzheimer xəstəliyinin inkişafını yavaşlatdığı sübut edilən Leqembi adlı dərmana tam icazə verib.
FDA ilk dəfə olaraq böyüklərdə Alzheimer xəstəliyinin gedişatını yavaşlatmaq üçün nəzərdə tutulmuş və yanvar ayında əvvəlcədən təsdiq edilmiş dərmanı tam təsdiqlədi. FDA-nın Neyrologiya Ofisinin rəhbəri Teresa Buracchi qeyd edib ki, FDA-nın təsdiqi dərmanın Alzheimer xəstələri üçün "təhlükəsiz və effektiv" müalicə olduğunu təsdiqləyib.
Araşdırmalara görə, 18 aylıq müalicə ilə xəstəliyin gedişatını yüzdə 27 yavaşlatdığı nümayiş etdirilən dərmanın beyindəki amiloid-beta lövhələrini hədəf aldığı ifadə edilir. Dərman yaddaş və təfəkkürün zəifləməsini ləngidə biləcəyini göstərən ilk növ kimi qeyd edilir. Bazarda olan digər dərmanlar yalnız xəstəliyin əlamətlərinə yönəldilib.
Digər tərəfdən, ekspertlər dərmanın xəstəliyi dayandıra bilməyəcəyini və yalnız ilk mərhələdə insanlara daha müstəqil hərəkət etmək imkanı verə biləcəyini şərh edirlər. Alzheimer Dərnəyinin məlumatına görə, Birləşmiş Ştatlarda 65 və daha yuxarı yaşda olan təxminən 6,7 milyon yetkin Alzheimer xəstəliyindən əziyyət çəkir.
Mənbə: Habertürk
Tərcümə etdi: Əli Mehdili
