Alimlərin fikrincə, 1345-ci ildə vulkan püskürməsi Avropanın ən ölümcül pandemiyasına, Qara Ölümə səbəb olan hadisələr zəncirini hərəkətə gətirmiş ola bilər. Vulkanik fəaliyyət iqlim fəlakəti ilə nəticələnib və bu da öz növbəsində zəif məhsula səbəb olub.

Ekspertlərin fikrincə, orta əsrlərdə iqlim şoku, aclıq və beynəlxalq ticarətin "mükəmməl fırtınası" xəstəliklərin qloballaşan dünyada necə yarana və yayıla biləcəyini xatırladıb.
"Əlbəttə ki, vəba epidemiyasına səbəb olan amillərin birləşməsi nadir görünüb. Lakin iqlim dəyişikliyi və qloballaşan dünya şəraitində yeni zoonotik xəstəliklərin yaranma ehtimalı artıb ki, bu da sonradan pandemiyaya çevrilə bilər", - Kembric Universitetinin doktoru Ulf Büntgen deyib.
Mənbə: BBC News
Tərcümə etdi: Əli Balayev
