"Lyst Index" 2025-ci ilin ikinci rübü üçün açıqlanan qlobal moda reytinqində "Miu Miu" yenidən zirvəyə yüksələrək dünyanın ən populyar brendi elan olunub. Brendin populyarlığının artması həm satış göstəricilərində, həm də sosial media aktivliyində aydın şəkildə əks olunub.
Dərc olunan son hesabatda "Miu Miu" "ən isti moda brendi" olaraq birinci yeri tutub. Brendin məşhur dəri ayaqqabıları isə rübün ən çox tələb görən məhsulları siyahısında 4-cü sırada yer alıb. Analitiklər bildirir ki, "Miu Miu"nun gənc auditoriya üçün cazibədar olan kalssik görünüş və müasir estetika qarışığı, eləcə də aktiv sosial media strategiyası onun yüksəlişini təmin edib.
2025-ci ilin əvvəlində bir müddətlik liderliyi itirsə də, "Miu Miu" güclü alış tendensiyaları və geniş onlayn maraq sayəsində yenidən siyahının zirvəsinə qayıdıb. "Lyst Index"nin göstəricilərinə əsasən, brend moda bazarının dinamik dəyişikliklərinə uğurla uyğunlaşmağı bacaran ən təsirli markalardan biri olaraq qalır.
"Miu Miu"nun 2025-ci ilin II rübündə "Lyst Index"nin lideri olması brendin qlobal moda tendensiyalarında əsas istiqamətverici gücə çevrildiyini göstərir. Artan tələb, sosial media təsiri və trendləri formalaşdırmaq bacarığı "Miu Miu"nu mövsümün ən çox danışılan brendinə çevirib.
Mənbə: gazeta.ru
Tərcümə etdi: Şehrin Musayeva
