Bu gün:

Bəzi dövlətlər Avroviziyadan çəkilib


İsrailin iştirak etmək hüququ qazanacağı elan edildikdən sonra Hollandiya, İspaniya, İrlandiya və Sloveniya 2026-cı il Avroviziya Mahnı Müsabiqəsindən çıxdıqlarını elan ediblər. İsrailin dövlət televiziyası KAN iştirak edəcəklərini açıqlayıb.

İsrailin 2026-cı il Avroviziya Mahnı Müsabiqəsində iştirak etmək hüququ qazanacağı açıqlanıb.

Qərardan sonra İspaniya, Hollandiya, İrlandiya və Sloveniya yarışmadan çıxacaqlarını açıqlayıblar.

İsrail dövlət televiziyası KAN bir açıqlamada Avroviziyada iştirak edəcəklərini açıqlayıb, İsrail prezidenti İsaak Herzoq isə qərardan məmnunluğunu bildirib. Herzoq deyib: "İsrailin yanında olanlara təşəkkür edirəm".

Avropa Yayım Birliyinin Direktorlar Şurasının Qəzzada soyqırım törədən İsrailin gələn il keçiriləcək Avroviziya Mahnı Müsabiqəsində iştirak edib-etməyəcəyi ilə bağlı səs verməsi gözlənilirdi.

Avropa Yayım Birliyinin qərarına görə, İsrail iştirak etmək hüququ qazanacaq.


Mənbə: Habertürk

Tərcümə etdi: Aygül Alıyeva

https://m.haberturk.com/ispanya-ve-hollanda-eurovision-a-katilmayacak-3842999

Paylaş
Şərh əlavə et