Bu gün:

Putin Donbası güclə almaqla hədələyir


Rusiya Prezidenti Vladimir Putin yenidən xəbərdarlıq edib ki, Ukrayna qoşunları ölkənin şərqində yerləşən Donbas regionundan çıxmalıdır, əks halda Rusiya oranı işğal edəcək. O, Ukraynadakı müharibəni bitirmək üsulu ilə bağlı hər hansı kompromisi rədd edib.

"Ya biz bu əraziləri güc yolu ilə azad edərik, ya da Ukrayna qoşunları bu əraziləri tərk edər" – Putin Hindistanın “India Today” kanalına müsahibəsində bildirib. Hal-hazırda Moskva Donbasın təxminən 85%-i üzərində nəzarəti əlində saxlayır.

Ukrayna Prezidenti Volodimir Zelenski isə ərazi güzəştlərinə getməyi istisna edib.

Putinin bu bəyanatları ABŞ Prezidenti Donald Trampın danışıqlar zamanı Rusiya rəhbərinin müharibəni bitirmək istədiyinə inandığını söyləməsindən sonra gəlir. Trampın Moskvadakı görüşlərdən sonra ABŞ-nin sülh planını müzakirə edən nümayəndələri bu qənaətə gəliblər.

Moskvada olan Trampın səlahiyyətli nümayəndəsi Stiv Vitkoffun Florida ştatında Ukrayna nümayəndə heyəti ilə görüşməsi gözlənilir.

Mənbə: BBC news

Tərcümə etdi: Fidan Ağayeva

Paylaş
Şərh əlavə et