Pentaqonun Baş Müfəttişinin fikrincə, Yəməndə planlaşdırılan hərbi əməliyyatla bağlı ABŞ-nin Müharibə Naziri Pete Hegseth tərəfindən Siqnal qrup söhbətində paylaşılan məlumat qoşunları riskə ata bilərdi. Lakin Pentaqon söhbətdə paylaşılan məlumatların məxfi olmadığını təkid edib.

ABŞ-nin yüksək vəzifəli rəsmiləri Signal mesajlaşma proqramında Yəməndə husi üsyançılarına qarşı gizli hava hücumları planlarını müzakirə ediblər. Qrup söhbətinin iştirakçıları arasında Heqset, o zamankı Milli Təhlükəsizlik Müşaviri Mayk Vals, ABŞ vitse-prezidenti J.D.Vens və başqaları var idi. Bu, jurnalist və Atlantik redaktoru Cefri Qoldberqin səhvən söhbətə əlavə edilməsindən sonra üzə çıxıb. Martın 24-də o, səkkiz aylıq araşdırmaya səbəb olan məsələ ilə bağlı mübahisəli məqalə dərc edib.
İstintaq Respublikaçıların əksəriyyətinə sahib olan Senatın Silahlı Qüvvələr Komitəsi tərəfindən başlayıb. ABŞ-nin əksər böyük departamentlərində baş müfəttişlər - audit və təhqiqat aparan müstəqil məmurlar var. Hegsetts müfəttişlərlə müsahibədən imtina edib və bunun əvəzinə yazılı açıqlama verib.
Çərşənbə axşamı Baş Müfəttiş hesabatın məxfi versiyasını Konqresə göndərib. Bu həftənin sonunda ictimaiyyətə açıqlanması gözlənilib. Məxfi versiyanın bəzi tapıntıları çərşənbə günü Amerika media orqanlarına, o cümlədən BBC-nin ABŞ tərəfdaşı CBS News-a açıqlanıb.
Mənbə: BBC News
Tərcümə etdi: Əli Balayev
