Bu gün:

Emmanuel Makron Pekində Si Cinpinlə görüşüb


Fransa Prezidenti Emmanuel Makron Çinə rəsmi səfəri çərçivəsində Pekində Çin lideri Si Cinpinlə görüşüb. Tərəflər ikitərəfli münasibətlər, qlobal ticarət balansı, regional təhlükəsizlik və iqlim dəyişiklikləri sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Görüş zamanı iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi, Avropa-Çin ticarət gərginliyinin azaldılması və qarşılıqlı investisiyaların təşviqi kimi mövzular da diqqət mərkəzində olub. Liderlər həmçinin Yaxın Şərq və Ukrayna ilə bağlı davam edən regional gərginliklər barədə fikir mübadiləsi aparıblar.

Makron qeyd edib ki, Fransa Çinlə dialoqu gücləndirməyə və qlobal problemlərin həllində birlikdə çalışmağa önəm verir. Si Cinpin isə Fransanın Avropa İttifaqı daxilində balanslaşdırılmış siyasət yürütməsinin əməkdaşlıq üçün vacib olduğunu vurğulayıb.

Mənbə: Reuters

Tərcümə etdi: Zəhra Məlikova 

Paylaş
Şərh əlavə et