Bu gün:

ABŞ və Ukrayna nümayəndələri Florida görüşünə hazırlaşır


ABŞ-nin xüsusi elçisi Stev Vitkoff Ukrayna Milli Təhlükəsizlik Şurasının sədri Rüstəm Ümərovla Florida ştatının Mayami şəhərində görüşəcək. Ağ Ev bunu təsdiqləyib.

Görüş Vitkoffun çərşənbə günü Moskvada Rusiya Prezidenti Vladimir Putinlə təxminən beş saatlıq danışıqlar aparmasından sonra baş tutacaq. Kreml bu danışıqların Ukraynadakı müharibəni dayandırmaq baxımından "heç bir güzəştə gətirmədiyini" bildirib.

ABŞ Prezidenti Tramp danışıqları "kifayət qədər yaxşı" adlandırsa da, "tangoda iki nəfər lazımdır" ifadəsini işlədərək nəticələr barədə hələ danışmağın erkən olduğunu vurğulayıb. Görüşdə onun kürəkəni Cared Kuşner də iştirak edib.

Ukrayna Xarici İşlər Naziri Andriy Sibhiya isə Rusiyanı "qan tökməyə son qoymağa" çağıraraq Putini "dünyanın vaxtını boşa sərf etməkdə" ittiham edib.

Mənbə: BBC news

Tərcümə etdi: Fidan Ağayeva

Paylaş
Şərh əlavə et