Prezident Rəcəb Tayyib Ərdoğan Fransa Prezidenti Emmanuel Makronun xahişi ilə telefon danışığına qoşulub. Görüşdə Türkiyə ilə Fransa arasında ikitərəfli münasibətlər, Ukrayna-Rusiya müharibəsi, regional və qlobal problemlər müzakirə edilib.

Prezident Ərdoğan Türkiyə ilə Fransa arasında əməkdaşlığın inkişaf etdirilməsinin vacib olduğunu və bu məqsədə doğru addım atmağa davam edəcəklərini bildirib. Ərdoğan bildirib ki, Türkiyə Ukrayna ilə Rusiya arasındakı müharibəni ədalətli və davamlı sülhlə bitirmək üçün hər cür səy göstərir.
Prezident Ərdoğan İstanbul prosesini canlandırmaq üçün tərəflərlə təmasların davam etdiyini və Türkiyənin sülh qapısının ən qısa zamanda açılması üçün əlindən gələni etməyə hazır olduğunu bildirib.
Prezident Ərdoğan görüş zamanı davamlı sülhə nail olmaq üçün diplomatik kanallardan ən təsirli şəkildə istifadə edilməsinin vacibliyini vurğulayıb. O, həmçinin Türkiyənin atəşkəs prosesinə və ondan sonrakı nəticələrinə dəstəyinin artmağa davam edəcəyini, qlobal sülhə təhlükə yarada biləcək addımlardan qaçmağın sülh səylərinə töhfə verəcəyini bildirib.
Mənbə: TRT haber
Tərcümə etdi: Banuçiçək Qurbanova
