Bu gün:

Avropa Rusiya qazına qadağa qoymağı qərar verib


Avropa İttifaqı Ukraynaya müdaxilədən əvvəl Avropanın əsas enerji təchizatçısı olan Rusiyadan qaz idxalını tamamilə qadağan etmək qərarına gəlib.

Ukraynada müharibə başlayandan sonra Aİ Rusiyadan neft və kömür almağı dayandırıb, lakin yaxın vaxtlara qədər Rusiya qazına qarşı hər hansı sanksiya tətbiq etməkdən çəkinib, çünki Macarıstan və Slovakiya buna qarşı idi. Çərşənbə günü razılaşdırılan yeni mexanizm onların veto hüququnu ləğv edib, çünki bu, 27 Aİ üzv ölkəsinə embarqonu indi olduğu kimi hər altı aydan bir yekdilliklə deyil, birdəfəlik səs çoxluğu ilə təsdiq etməyə imkan verəcək.

Sənədin Avropa Parlamenti tərəfindən rəsmi təsdiqindən sonra 2027-ci il noyabrın 1-dən bütün Rusiya qazı Aİ-də qeyri-qanuni olacaq. Bu, Avropa Komissiyasının təklif etdiyi vaxtdan bir ay tezdir. Və mayeləşdirilən təbii qazın alışı ilkin təklifdən bir il əvvəl, 2027-ci il yanvarın 1-də dayandırılacaq.

Avropa Komissiyasının sədri Ursula fon der Leyen çərşənbə günü mətbuat konfransında deyib: "Bu, yeni dövrün başlanğıcıdır. Rusiyadan tam enerji müstəqilliyi dövrüdür".

Mənbə: BBC News

Tərcümə etdi: Əli Balayev

Paylaş
Şərh əlavə et