Bu gün:

"Shein" və "Temu" ABŞ-də təzyiq altında qalıb


Onlayn ticarət platformaları olan “Shein” və “Temu” ABŞ-də ağır iddialarla üz-üzə qalıb. İki yüksək rütbəli amerikalı siyasətçinin təşəbbüsü ilə şirkətlərə qarşı intellektual mülkiyyətin (IP) oğurlanması və məcburi əmək istifadəsi iddiaları ilə bağlı genişmiqyaslı təhqiqata başlanılıb.

Bu barədə məlumat Böyük Britaniyanın BBC media qurumu da daxil olmaqla, beynəlxalq xəbər mənbələrində yayımlanıb.

Teksas ştatının Baş prokuroru Ken Pakston “Shein” şirkətinə qarşı məcburi əmək və təhlükəsiz olmayan materiallardan istifadə iddiaları ilə əlaqədar təhqiqata başlayıb.

Milli səviyyədə isə senator Tom Kotton hər iki şirkətə - “Shein” və “Temu”ya qarşı mümkün intellektual mülkiyyət oğurluğu (IP theft) ilə bağlı federal araşdırma aparılmasına çağırış edib. Senator Kotton bu platformaları "Kommunist Çin platformaları" adlandırıb.

Məsələ ilə bağlı "Shein" tərəfindən açıqlama verilib. Şirkət biznes təcrübələri ilə bağlı irəli sürülən narahatlıqları ciddiyə aldığını bildirib.

Lakin "Temu" platforması ilə bağlı isə fərqli bir vəziyyət müşahidə olunub. Şirkət bu ittihamlarla bağlı şərh vermək üçün dərhal cavab verməyib.

Mənbə: BBC

Tərcümə etdi: Fatimə Salmanlı

Paylaş
Şərh əlavə et