Bu gün:

ABŞ Daxili Təhlükəsizlik katibi səyahət qadağaları tələb edib


Daxili Təhlükəsizlik katibi Kristi Noem bildirib ki, bir neçə ölkəyə qarşı səyahət qadağası tətbiq etməyi tövsiyə edəcək. O iddia edir ki, həmin ölkələr ABŞ-ni “cinayətkarlıqla doldurur”.

Noem bazar ertəsi sosial mediada bildirib ki, o, Prezident Donald Trampla görüşdən sonra “ölkəni qatillər, parazitlər və sosial yardım asılıları ilə dolduran bütün ölkələrə tam səyahət qadağası” təklif etməyə qərar verib.


Bir qədər sonra həm Donald Tramp, həm də Daxili Təhlükəsizlik Departamenti (DHS) Noemin paylaşımını öz rəsmi sosial media hesablarında yayıblar. 


Hazırda təklif olunan səyahət qadağasının hansı ölkələri əhatə edəcəyi və nə vaxt qüvvəyə minəcəyi məlum deyil. DHS isə BBC-yə bildirib ki, qadağa ilə bağlı dəqiq siyahı yaxın zamanda açıqlanacaq. 


Mənbə: BBC News

Tərcümə etdi: Nərmin Nəcəfova




Paylaş
Şərh əlavə et