Bu gün:

Xına gecəsi adəti harada və necə yaranıb?


Xına gecəsi ənənəsi türk mədəniyyətində evlənməyə hazırlıq prosesi zamanı qadınlar arasında keçirilən bayram və mərasimdir. Gələcək gəlinin, dostlarının, ailəsinin və yaxın ətrafının təşkil etdiyi bu gecədə gəlinin evlənmədən əvvəl subay həyatı ilə son dəfə vidalaşaraq evliliyə qədəm qoyacağı gecəyə hazırlaşdığı güman edilir. Xına gecəsi Anadoluda min illik tarixə malik olan və bu günə qədər yaşayan ənənələrimizdən biridir.

Xına gecəsi ənənəsi bir çox fərqli tarixi hadisələrin və mədəni elementlərin birləşməsi nəticəsində yaranmışdır. Bu ənənə Orta Asiyadan gələn türk boyları tərəfindən Anadoluya daşınmış və zamanla Anadoluda müxtəlif bölgələrdə fərqli şəkildə tətbiq olunmağa başlamışdır. Xına gecəsi ənənəsi də türk mədəniyyətində nikahın müqəddəs bir bağ olduğuna inanmaq, nikahdan əvvəl pis ruhlardan və bəd nəzərlərdən təmizlənmək üçün bir adət olaraq görülür.

Xına gecəsi bəzi bölgələrin adət-ənənələrinə uyğun olaraq yalnız qadınlar arasında təşkil edilsə də, bəzən kişilər də qadınlarla birgə iştirak edə bilər. Xına gecələrini qızlar evi təşkil edir. Adətən, toya bir neçə gün qalmış təşkil edilən xına gecələri toyun stressini atmaq və əylənmək məqsədi daşıyır. Xına gecəsinin təşkili qız evində keçirilə bilər. Gecədə qonaqlara müxtəlif nemətlər, adətən, qoz-fındıq təqdim edilir. İlk nemətlər təqdim edildikdən sonra gəlin şam aparan və xına geyinmiş qadınların müşayiəti ilə qonaqların yanına gəlir və xına vurulur. 

Bindallı geyinən gəlini stulda oturdur və dostları, qohumları mahnıları oxuyaraq ağlayır. Gəlin ağladıqdan sonra qayınanadan hədiyyə istənilir ki, bu da, adətən, qızıldır. Gələcək gəlinin sağ əlinə xına çəkilir, qayınanadan götürülmüş qızıllar üzərinə qoyularaq bükülür. Xına türkülərinin müşayiəti ilə xına vurulur və gələcək gəlin anası ilə simvolik şəkildə vidalaşır. 

Xına gecəsində qonaqlara ləzzətlər verilir və rəqs edilir. Xına gecəsi, adətən, səhərə qədər davam edir və evlilik səyahətinə qədəm qoyacaq gəlin üçün unudulmaz xatirə olaraq qalır.

Xına gecəsi ənənəsi hansı mədəniyyətdən gəlir?

Xına gecəsi ənənəsi Orta Asiya türk mədəniyyətindən gəlir. Xına gecəsi gəlinin həmrəylik və xoşbəxtlik deməkdir. Bu həm də gəlinin yeni həyatında xoşbəxt olması və onu pis ruhlardan qorumaq üçün bir adətdir. Xına gecəsi, adətən, 3-4 saat davam edir.

Xına gecəsi ənənəsi hansı ölkələrdə tətbiq olunur?

Türkiyə, Azərbaycan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan və digər türk ölkələrində xına gecəsi ənənəsi tətbiq olunur.

Xına gecəsi ənənəsi necə dəyişdi?

Xına gecəsi ənənəsi zamanla dəyişikliklərə məruz qalmışdır. Əvvəllər yalnız gəlinin yaxın qohumları və dostları arasında qeyd olunurdusa, indi bu bayram, adətən, daha böyük qrupla qeyd olunur. Bundan əlavə, bəzi müasir gəlinlər xına gecəsi əvəzinə toydan əvvəl fərqli bir tədbir təşkil etməyə üstünlük verirlər.

Mənbə: neoldu.com 

Tərcümə etdi: Nuran Əhmədzadə 

Paylaş
Şərh əlavə et