Ukrayna ordusu əsas şərq şəhəri Pokrovskdə döyüşlərin davam etdiyini bildirib. Bu Kremlinin öz qüvvələrinin şəhəri ələ keçirdiyini iddia etməsindən sonra gələn açıqlamadır.

Eyni zamanda, ABŞ-nin keçmiş prezidenti Donald Trumpın xüsusi nümayəndəsi Stiv Vitkofun müharibəyə son qoymaq məqsədilə Prezident Vladimir Putin ilə danışıqlar aparmaq üçün Moskvaya eniş etdiyi bildirilir.
Bu görüş Ukrayna və ABŞ rəsmiləri arasında Rusiyanın xeyrinə göründüyü üçün tənqid olunan ABŞ dəstəkli sülh planını nəzərdən keçirmək məqsədilə Florida ştatında iki gün davam edən danışıqlardan sonra keçirilir.
Ukrayna Prezidenti Volodimir Zelenski dünən Parisdə Fransa Prezidenti Emmanuel Makronla görüşündən sonra etdiyi açıqlamada Kiyevin prioritetlərinin Ukraynanın suverenliyini qorumaq və güclü təhlükəsizlik zəmanətləri əldə etmək olduğunu vurğulayıb.
Mənbə: BBC news
Tərcümə etdi: Fidan Ağayeva
