Bu gün:

İndoneziyada güclü daşqın baş verib


İndoneziyada ötən həftə baş verən daşqınlar nəticəsində azı 712 nəfər həlak olub. Xilasedicilər zərər çəkmiş ərazilərə çatmaq üçün əziyyət çəkiblər.

Hökumətin təbii fəlakətlərin idarə olunması agentliyinin məlumatına görə, Malakka boğazı üzərində əmələ gələn nadir siklon nəticəsində yaranan daşqın üç əyalətə və təxminən 1,5 milyon insana təsir edib.

500 nəfər itkin düşüb, minlərlə insan yaralanıb.

Tropik fırtınalarla şiddətlənən mussonlar Cənub-Şərqi Asiyada son illərdə ən pis daşqınlara səbəb olub. Təkcə son bir həftə ərzində daşqınlar və torpaq sürüşmələri bölgədə təxminən 1200 nəfərin həyatına son qoyub.

Şri-Lankada ən azı 410, Taylandda isə ən azı 176 nəfər ölüb. Malayziyanın şimalındakı Perlis ştatında daha iki nəfər ölüb.

İndoneziyada ən çox zərər çəkmiş əyalətlər Aceh, Şimali və Qərbi Sumatradır ki, burada minlərlə insanın xarici dünya ilə əlaqəsi kəsilib.

Mənbə: BBC News 

Tərcümə etdi: Əli Balayev

Paylaş
Şərh əlavə et