Bu gün:

Dünyada seysmik aktivlik artıb


Bu gün dünyada seysmik fəallıq əvvəlki günlərlə müqayisədə daha yüksək qeydə alınıb. Beynəlxalq seysmoloji müşahidə mərkəzlərinin məlumatına görə, 2 dekabr 2025-ci il üzrə ümumilikdə 480-dən çox yeraltı təkan baş verib.

Hesabata, əsasən, 7 zəlzələ 5.0 baldan yuxarı gücdə olub, 43 zəlzələ isə 4.0 baldan yuxarı qeydə alınıb. 

Daha yüzlərlə zəif təkanlar dünyanın müxtəlif seysmik aktiv bölgələrində müşahidə edilib.

Zəlzələlərin çoxu Sakit okean "Odlu halqa" zonasında, eləcə də Cənub-Şərqi Asiya və Cənubi Amerika regionlarında baş verib. Hazırda böyük dağıntıya səbəb olan güclü təkan barədə məlumat yoxdur.

Seysmoloqlar bildirirlər ki, bu cür dəyişkən aktivlik seysmik zonalarda normal proses olsa da, regionların hazırkı vəziyyəti diqqətlə izlənilir.

Mənbə:https://www.volcanodiscovery.com/home

Tərcümə etdi :Zəhra Məlikova

Paylaş
Şərh əlavə et