Fransanın paytaxtı Parisdə yerləşən köhnə bir malikanədə əsrlər boyu gizlədiyi məlum olmayan Peter Paul Rubensə aid rəsm əsəri aşkar edilib. Barokko dövrünün böyük ustasına aid olduğu təsdiqlənən tablo hərracda 2,3 milyon avroya (təxminən 133 milyon Türk Lirəsi) satılıb.

1613-cü ilə aid olan, çarmıxa çəkilmiş İsanı təsvir edən rəsm 400 il ərzində ictimaiyyətə göstərilməyib. Əsərin Rubensə məxsusluğu rentgen görüntüləri və piqment analizi ilə təsdiqlənib.
Hərrac evinin məlumatına görə, tablo sənətçinin yaradıcılığının zirvə dövrünə aid edilir və nadir nümunələrdən biridir. Rəsmin təkadamlıq, qaranlıq fon üzərində işıqlandırılmış İsa təsviri barokko üslubunun erkən və güclü nümunəsi sayılır. Əsərin kilsə üçün deyil, şəxsi kolleksiyaçı üçün hazırlandığı ehtimal edilir.
Rəsmin ən qədim mənşə dəlili Rubensin dövründə hazırlanmış bir qravürdür. Tarixçilər əsəri görmədən həmin qravür əsasında kataloqlaşdırıblar. 19-cu əsrdə rəsmin fransız akademik rəssamı William Adolphe Buguereau tərəfindən alındığı və o vaxtdan ailəsində qaldığı bildirilir.
Alman incəsənət tarixçisi Nils Büttner Rubensin çarmıxa çəkilmə mövzusunu tez-tez işlədiyini, lakin İsanı ölü vəziyyətdə təsvir etməsinin çox nadir olduğunu qeyd edib:
"Buna görə də bu rəsm xüsusi əhəmiyyət daşıyır. Rubens İsanın böyründəki yaradan qan və suyun axmasını yalnız bir dəfə təsvir edib. Bu tablo həmin tək nümunədir".
https://share.google/5mwohjCs6rgXPqxY
Mənbə: Sözcü
Tərcümə etdi: Piranə Xasiyeva
