Rusiyanın Ukraynanın Dnipro şəhərinə endirdiyi raket zərbəsi nəticəsində dörd nəfər həlak olub və 40 nəfər yaralanıb. Bu barədə səlahiyyətli orqanlar məlumat verib.

Bazar ertəsi səhər baş verən hücumda ballistik raket istifadə edilib.
Onlayn paylaşılan videolarda avtomobil yolunun kənarında böyük bir partlayışın baş verdiyi görünür. Yerli media bir ofis binasının, avtomobillərin, mağazaların vurulduğunu və ya ciddi zədələndiyini bildirib.
Cəbhə xəttindən təxminən 100 km uzaqlıqda yerləşən Dnipro Moskvanın 2022-ci ilin fevralında başladığı tammiqyaslı işğalın əvvəlindən bəri tez-tez hücumlara məruz qalır.
Mənbə: BBC News
Tərcümə etdi: Nərmin Nəcəfova
