Bu gün:

Uşaqlara etik davranışları aşılamaq


Etika-insanların göstərdiyi davranışları yaxşı-pis, doğru-yanlış baxımından sorğulayan bir fəlsəfə intizamıdır. Təhsil isə fərddə arzu olunan davranışı inkişaf etdirmək cəhdidir. Ona görə də insanların rasional qərarlar qəbul etmələri, səmərəlilik və məsuliyyətlərini dərk etmələri üçün əxlaq və təhsil bir-biri üçün əvəzolunmazdır.

Etika təhsili- Fərdin dünyaya salam dediyi ailədən başlayır, məktəbdə, yaşadığı qruplarda, yaşadığı cəmiyyətdə davam edir. Amma bu yazıda biz ailədə etik tərbiyəyə diqqət yetirəcəyik.

Ailə etikası tərbiyəsində doğru sözünü düzgün hərəkətə çevirərək örnək olduğunun fərqində olmalıdır. Bunu bir az daha açsaq, dürüstlüyü öyrətmək istəyən valideynin yalandan uzaq durması, vədinə əməl etməsi və ya bacarmadıqda heç bir vəd verməməsi çox vacibdir. Bəzən ailələr uşaqların ağlamamasını və ya istədikləri davranışı göstərmələrini istəyirlər. Elə sözlər verirlər ki, sənə bunu alacam, səni ora aparacağam. Bu vədlər yerinə yetirilməsə, bilərəkdən və ya bilməyərəkdən sözə əməl etməmə davranışının bərqərar olmasını təmin edirik. Ona görə də söz vermişiksə, yerinə yetirməliyik, verməmişiksə, səbəbini izah etməliyik.

Cəmiyyətlərdə ədalət olmasa, o cəmiyyətlərin zamanla xaosa girəcəyi və ya dağılacağı şübhəsizdir. Ailədəki ağsaqqalların ailə üzvlərində ədalət hissinin bərqərar olması üçün özlərini ədalətli aparmalıdır. Uşağın etdiyi səhvə - bu dəfəlik belə olsun, biz orda olduğumuz müddətdə ona heç nə olmayacaq kimi yanaşmaq olmaz. Əks halda bu, uşağın ədalət hissinin atrofiyasına səbəb olacaq və onun rahatlığa qaçmasına imkan verəcəkdir. 

İnsanın özü və başqaları qarşısında öhdəliklərini vaxtında yerinə yetirməsi lazım olan dərəcədə yerinə yetirmək məsuliyyətidir. Valideynlər uşağa məsuliyyət hissi aşılamaq üçün onların hüquqlarını qorumaq, onlara uyğun mühit yaratmaq, əqli və fiziki inkişaf mərhələlərini nəzərə almaqla üzərinə düşən vəzifələri yerinə yetirməlidirlər. Burada əsas element uşağa özünə inam verməkdir. Bunun üçün ailə ağsaqqalları, analar və atalar ümumi münasibət formalaşdırmalıdır. Uşaqda məsuliyyət hissinin yaranması üçün uşaqlara variantlar təklif edilməli, edə bilməyəcəkləri şeylər onlardan soruşulmamalı, vəzifələrini yerinə yetirməyə çalışan uşaqlara dəstək verilməlidir. Bir dəfə ərzaq mağazasında bir hadisənin şahidi oldum. Ana azyaşlı övladı üçün şokolad alıb və uşaq şokoladı yedikdən sonra şokolad qabını yerə atıb. 

Anadan uşağa; Mən uşağın tullantını götürüb zibil qutusuna atmasına görə dəqiqələrlə ananın dil tökməsinin şahidi oldum. Bəzi anaların övladını incitməmək üçün onu yerdən götürüb zibil qutusuna atması gözümün qabağında canlananda o ananı təqdir etdim. Uşağa verilən məsuliyyətin həyata keçməsi üçün uşağa çox yaxşı, ətraflı məlumat verilməli uğursuzluq halında nə edəcəyi izah edilməlidir.

Uşaqlarda etik dəyərlərin bərqərar olmasının digər əsas elementi ailə nizam-intizamıdır. İntizam bəzən səhv başa düşülür və buna görə də yanlış tətbiq olunur. Burada iki gözə çarpan səhv intizam təcrübəsi var. Birinci son dərəcə sərt qaydaların tətbiq olunduğu bir intizam üsuludur. Bu şəkildə intizamlı olan uşaq bir çox mövzuda özünü qeyri-kafi görəcək, özünü ifadə edə bilməyəcək, özünə qapanan və özünə güvənməyən bir uşaq kimi böyüyəcək. İkincisi isə, azad münasibət. 

Bu yanaşmada uşaqların bütün arzu və istəkləri ailə üzvləri tərəfindən həyata keçirilir ki, bu da uşaqda uyğunsuzluğun və real həyatdan başqa bir həyat qavrayışının formalaşmasına səbəb olacaq. Bu vəziyyət son nəticədə uşağın özünə inamının tam formalaşmasını təmin etməyəcək. Ailə burada öz yanaşmasını göstərməlidir.

Uşaqların xarakter tərbiyəsi

Tarixdə və ya bu gün yaxşı və düzgün davranışlar nümayiş etdirən yerli və ya xarici insanlardan nümunələr verilməlidir. Bu mövzuda faydalı olacağı düşünülən hekayələr və kitablar tövsiyə edilməli, yaşına və səviyyəsinə uyğun cizgi filmlər və kinolar izlənilməli, bu mövzularda teatra aparılmalı, bu cür məzmunlu oyunlar oynanılmalıdır.

Gələcəyimiz olan övladlarımızda etik prinsipləri və dəyərləri bərqərar etmək üçün hər birimizin üzərinə məsuliyyət düşür. Həmişə dinc sabahın təməlini atmağın öz əlimizdə olduğunu xatırlayaq. 

Mənbə: Mihraphaber

Tərcümə etdi: Nuran Əhmədzadə 

Paylaş
Şərh əlavə et