Bu gün:

İnsomniya - xoş səslənən təhlükə - müsahibə


"İnsomniya" - xoş və zərərsiz səslənsə də, insanlar arasında günbəgün yayılmağa davam edən ciddi problemdir. "İnsomniya", daha sadə desək, yuxusuzluq hər birimizin rastlaşa biləcəyi, heç də sadə olmayan bir təhlükədir. Bəs bu təhlükə həyatımıza necə təsir edir? Bu sualımızı psixoterapevt Türkan Məmmədova cavablandırıb:


Yuxu insan orqanizminin ən vacib bərpaedici proseslərindən biridir. Sağlam həyat tərzini qorumaq üçün hər gecə orta hesabla 7–8 saat keyfiyyətli yuxu qəbul etmək tövsiyə olunur. Yuxusuzluq, yəni kifayət qədər və rahat yuxu almamaq həm fiziki, həm də psixoloji sağlamlığa ciddi təsir göstərir.

Uzun müddət davam edən yuxu çatışmazlığı diqqətin zəifləməsinə, yaddaşın zəifləməsinə, əsəbilik və emosional qeyri-sabitlik kimi problemlərə gətirib çıxarır. Bundan əlavə, yuxu çatışmazlığı zamanı orqanizm kortizol kimi stress hormonlarını normadan artıq ifraz edir ki, bu da psixoloji və fiziki tükənməyə səbəb olur.

Bir çox insan müxtəlif səbəblərdən yuxuya getməkdə və ya yuxunu davam etdirməkdə çətinlik çəkə bilər. Bu vəziyyət uzun müddət davam edərsə, artıq insomniya - xroniki yuxu pozuntusu hesab olunur. İnsomniya insanın gündəlik fəaliyyətini ciddi şəkildə zəiflədir, yorğunluq, diqqət çatışmazlığı, əsəbilik və hətta depressiya riskini artırır. Eyni zamanda immun sistemini zəiflədir və orqanizmin bərpa olunma gücünü azaldır.


Nigar Muştaqova

Paylaş
Şərh əlavə et