Bu gün:

Nithari qətlləri: 19 ildən sonra hər iki təqsirləndirilən bəraət alıb


Hindistanda “dəhşət evi” kimi tanınan Nithari qətilləri işi 19 ildən sonra yenidən gündəmə gəlib. Bunun səbəbi cinayətlərdə ittiham olunan iki nəfərdən sonuncusu – Surinder Koli–nin 12 noyabrda Ali Məhkəmə tərəfindən bəraət alaraq azadlığa buraxılmasıdır.

Məhkəmə Koli barəsində qalan son iş üzrə hökmü ləğv edib və onun işgəncə altında etiraf verdiyi iddiasını qəbul edib. Etirafda, hətta yamyamlıq və nekrofiliya kimi dəhşətli detallara yer verilmişdi.

Hadisələr 2006-cı ilin dekabrında üzə çıxmışdı. Delhinin Noida səhrasında yerləşən bir bungalovda qadın və uşaqların qətlə yetirilib, parçalandığı müəyyən edilmişdi. Evin sahibi biznesmen Moninder Singh Pandher və onun xidmətçisi Surinder Koli, evin yaxınlığında insan qalıqları tapıldıqdan sonra saxlanılmışdı.

O dövrdə Hindistanda böyük qəzəb dalğası yüksəlmişdi. Valideynlər polisə iki ildən çox müddətdə itən uşaqlarla bağlı şikayətlərin ciddi qəbul edilmədiyini bildirirdilər. Hadisə həmçinin böyük sosial bərabərsizlikləri üzə çıxarmışdı: varlıların yaşadığı ərazidə aşkarlanan qurbaların çoxu kənardakı yoxsul Nithari məhəlləsindən idi.

Hər iki şəxs uzun illər edam hökmü ilə həbsdə qalmışdı. Pandher 2023-cü ildə “yetərli sübut olmaması” ilə azad edilmişdi. İndi isə Koli də bəraət alaraq azadlığa buraxılıb.

Mənbə: BBC

Tərcümə etdi: Nuray Ədilzadə 

Paylaş
Şərh əlavə et