Bu gün:

Məşhurlar arasında “oversize” dəbi yüksəlişdədir


Dünyada məşhurların stil seçimlərində yeni mövsümün favoritləri artıq bəllidir. 2025-ci ildə “oversize siluetlər” qırmızı xalçadan küçə stilinə qədər hər yerdə öz sözünü deyir. Geniş pencəklər, həcimli köynəklər və rahat, geniş şalvarlar məşhurların əsas seçiminə çevrilib.Heyli Biber, Zendaya və Bella Hadid kimi tanınmışlar “oversize”dəbinin aparıcı simalarıdır. Onların son çıxışlarında rahatlıq və sərbəstlik ön planda saxlanılır — yumşaq xətlər, minimalistik kəsim və iri formalar isə müasir görünüşün əsas açarı sayılır.

Moda evləri də bu istiqaməti dəstəkləyir. Son dəfilələrdə böyüdülmüş çiyinlər, uzadılmış qollar və geniş palazzo şalvarlar tez-tez diqqət çəkib. Mütəxəssislərin fikrincə, “oversize” trendlərinin populyarlığı mövsüm boyu davam edəcək, çünki həm estetika, həm də maksimum rahatlıq təqdim edir.




Mənbə:sydneywire.com.au

Tərcümə etdi:Şehrin Musayeva


Paylaş
Şərh əlavə et