Bu gün:

İsveçrədə tərk edilmiş keçmiş vərəm klinikası 125,8 milyon türk lirəsinə hərraca çıxarılıb


İsveçrənin Tiçino kantonunda yerləşən tarixi Qottardo Sanatoriyası hərraca çıxarılır. Birinci Dünya Müharibəsi dövründə yaralı və xəstə əsgərlər üçün hərbi xəstəxana kimi istifadə olunan bina, daha sonra bölgənin əsas vərəm müalicə mərkəzinə çevrilmişdi.

Sanatoriya 2,4 milyon İsveçrə frankı (təxminən 125,8 milyon Türk Lirəsi) başlanğıc qiyməti ilə satışa çıxarılacaq. 1962-ci ildən bəri boş qalan bu kompleks, uzun illərdir ölkənin ən məşhur “itirilmiş yerlərindən” biri kimi tanınır.

Son illərdə sosial mediada geniş şəkildə yayılan görüntülər səbəbilə bina qlobal “tərk edilmiş məkanlar” marağı olan insanlar üçün diqqətçəkən nöqtəyə çevrilib. Kompleksə giriş rəsmi olaraq qadağan edilsə də, onun daxilində çəkilmiş foto və videolar internetdə dövr edir. Hətta bu ərazidə icazəsiz tədbirlərin keçirildiyi də bildirilir.

Sanatoriya əvvəlcə qış idmanları üzrə təlim mərkəzinə çevrilmək məqsədi ilə Qazaxıstanlı sahibkar Timur Əzimov tərəfindən 750 min İsveçrə frankına alınmışdı. Lakin layihəni həyata keçirən şirkətin ləğv olunması səbəbi ilə bu plan yarımçıq qalıb.

Hazırda Qottardo Sanatoriyasının taleyi naməlumdur. Yeni sahib tapılması üçün obyekt yaxın günlərdə hərraca çıxarılacaq.

 https://share.google/mR7fdxA9CfIIkia9M

Mənbə: Sözcü 

Tərcümə etdi: Piranə Xasiyeva 

Paylaş
Şərh əlavə et