Neymarın “Santos”a qayıdışı böyük ümid yaratsa da, ardıcıl zədələr onun 2026 Dünya Çempionatına yetişmək şansını azaldır.

Diz ağrıları səbəbilə o, “Santos”un düşməmək uğrunda həlledici oyununu buraxıb. Komanda hazırda düşmə zonasından cəmi 3 xal uzaqdadır. Baş məşqçi Karlo Ançelotti bildirib ki, Neymar hələ də siyahıdadır, amma Dünya Çempionatına düşmək üçün 6 ay ərzində özünü sübut etməlidir:
“Təkcə istedad kifay't etmir, fiziki hazırlıq və intensivlik lazımdır”.
Neymarın müqaviləsi ilin sonunda bitir və gələcəyi naməlumdur. Son zədələr də vəziyyəti daha da çətinləşdirir. Braziliya 5 dekabrda qərar verəcək, amma Neymar vaxtında sağalıb formaya qayıtmalıdır ki, dördüncü Dünya Çempionatına gedə bilsin.
Mənbə: MARCA
Tərcümə etdi: Mələk Nəsirli
