Bu gün:

ABŞ və Rusiya nümayəndələri görüşəcək


Kiyevdəki gecə zərbələrində 6 nəfər həlak olub. ABŞ və Rusiya nümayəndələrinin Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Ukraynada davam edən müharibəyə son qoymaq məqsədilə sülh danışıqları üçün bir araya gələcəyi açıqlanıb. Görüş, hər iki tərəfdən yeni hücumların və can itkisinin yaşandığı bir vaxtda keçirilir.

Kiyevin merinin verdiyi məlumata görə, şəhərə edilən gecə zərbələri nəticəsində altı nəfər həyatını itirib. Rusiya tərəfində isə rəsmi şəxslər, Ukraynanın Krasnodar və Rostov sərhəd bölgələrinə hücumu nəticəsində üç nəfərin öldüyünü bildiriblər.

Bu görüş, ABŞ-nin dəstəklədiyi müharibəni bitirmək planı ətrafında davam edən gərgin danışıqlardan sonra gəlir. İlkin olaraq Kiyev və Avropa liderləri tərəfindən tənqid edilən bu planın, danışıqlardan sonra Ukrayna Prezidenti Volodımır Zelenski tərəfindən "bir çox düzgün elementləri" ehtiva etdiyi bildirilib.

Görüşə ABŞ-nin regional işlər üzrə baş müşaviri Derek Şollayın başçılıq edəcəyi gözlənilir. Mənbələr danışıqların əsasən qida təhlükəsizliyi kimi texniki məsələlərə yönələcəyini, lakin daha geniş sülh müqaviləsi üçün zəmin yarada biləcəyini bildirir.

Ukraynanın müttəfiqləri virtual görüşdə bir araya gələcək, gələn günlərdə isə əlavə danışıqların planlaşdırıldığı açıqlanıb.

Mənbə: BBC news

Tərcümə etdi: Fidan Ağayeva

Paylaş
Şərh əlavə et