Bu gün:

Hamiləlik dövründə isti aylarda nələr nəzərə alınmalıdır?


Yayın isti günlərində hamiləlik bəzən daha çətin ola bilər.  Hamiləlik təbii olduğu qədər də qayğı tələb edən bir prosesdir.  İsti yay günlərində hamiləliyin daha sağlam olması üçün diqqət yetirməli olduğunuz bəzi məqamlar:

1- Susuz qalmayın

Başgicəllənmə, ürəkbulanma, ağız quruluğu, sidiyə çıxmada çətinlik və ya çox tünd sidik, ani isti basmalar kimi simptomlarınız varsa, susuzsunuz. Bədəni hər zaman susuz qoymamaq vacibdir, ancaq hamiləlik dövründə körpənizin sağlam olması üçün su içməyi də unutmamalısız. Hər gün ən az 6-8 stəkan su için və çölə çıxarkən suyunuzu da özünüzlə götürməyi unutmayın. Bir çox hamilə qadınlar da tez-tez sidiyə çıxmaqdan sıxıldığı üçün su içməkdən çəkinirlər. 

Xüsusilə hamiləliyin son aylarında körpə sidik kisəsini sıxdığı üçün daha tez-tez sidiyə getməyə ehtiyac yaranır.  Narahat olmayın, nə olursa olsun kifayət qədər su için.  Siz həmçinin təzə nanə yarpaqları, limon və müxtəlif meyvələr əlavə edərək gündəlik su rejiminizi daha sağlam və zövqlü edə bilərsiniz.

2-Paltarlarınızı diqqətlə seçin

Rahat, açıq rəngli və pambıq paltarlar yayda hamilə qadınların olmazsa olmazıdır. Bundan əlavə, istifadə etdiyiniz alt paltarları pambıq olmalı və sıx olmamalıdır.  

3-yayda dəriyə qulluq

Hamiləlik dövründə dəriniz daha həssas ola bilər. Xüsusilə kifayət qədər su qəbul etmirsinizsə və ya həddindən artıq tərləyirsinizsə, quru dəri yarana bilər. Odur ki, kifayət qədər su için və təbii, yüngül nəmləndiricilərdən istifadə edin. Həmçinin, üzünüzü qorumaq üçün papaq və gün eynəklərindən istifadə etməyi unutmayın.

4-Ayaqlarınızın qayğısına qalın

Hamiləlik zamanı ödem səbəbiylə ayaqlar şişir bu normaldır.  Ayaqların şişməsinə də yayın istisi uyğun gəlmir. Oturarkən və ya uzanarkən ayaqlarınızı dik tutmaq da qan dövranınızı asanlaşdıracaq. Hamiləlikdən əvvəl rahat geyindiyiniz ayaqqabılar ayağınıza uyğun gəlmirsə üzülməyin. Həyat yoldaşınızdan şişmiş ayaqlarınızı aromatik yağlarla masaj etməsini xahiş etməkdən çəkinməyin.  

Mənbə: Haberglobal

Tərcümə etdi: Lalə Mənəfova


Paylaş
Şərh əlavə et