OpenAI ChatGPT üçün yeni qrup söhbəti funksiyasını istifadəyə verdiyini açıqlayıb. Bu xüsusiyyət istifadəçilərə dostları, ailələri və həmkarları ilə eyni pəncərədə birgə işləmək imkanı yaradıb. Yenilik sayəsində məlumat paylaşımı əvvəlki kimi ayrı-ayrı mesajların göndərilməsinə ehtiyac olmadan daha sürətli olacaq.
Qrup söhbəti funksiyası ilkin mərhələdə Yaponiya, Yeni Zelandiya, Cənubi Koreya və Tayvanda aktiv edilib. Xüsusiyyət Free, Go, Plus və Pro hesablarında əlçatandır, lakin Education, Enterprise və Business istifadəçiləri bu mərhələyə daxil deyil. OpenAI bildirib ki, bu funksiya planlaşdırma, layihə hazırlığı və beyin fırtınası kimi birgə fəaliyyətləri asanlaşdıracaq.
Şirkət qrup söhbətlərində yaddaş funksiyasının deaktiv ediləcəyini və fərdi söhbət məlumatlarının bu bölməyə ötürülməyəcəyini xüsusi vurğulayıb. Bu istifadəçilər üçün ayrıca və daha təhlükəsiz əməkdaşlıq mühiti yaradır. OpenAI əlavə inteqrasiyalar və yeni funksiyalarla ChatGPT təcrübəsini genişləndirməyi davam etdirir.
Mənbə: TRT HABER
Tərcümə etdi: Fidan Mənsimova
