Spotify "Tune My Music" alətini birbaşa tətbiqinə inteqrasiya edərək istifadəçilərin Apple Music, YouTube Music, Amazon Music, Tidal və digər platformalardakı pleylistlərini asanlıqla Spotify-a köçürməsinə imkan yaradıb. Yeni funksiya “Your Library” bölməsində yerləşir və “Import your music” seçimi ilə istifadə olunur.
Köçürmə prosesi yalnız pleylistləri kopyalayır, orijinal siyahılar isə silinmir. "Tune My Music"in veb versiyasında 500 musiqi limiti olsa da, Spotify daxilində bu məhdudiyyət yoxdur.
Bu funksiya Spotify-a keçid etmək istəyən istifadəçilər üçün prosesi daha rahat edir və rəqiblər arasında rəqabəti artırır. Spotify əməkdaşlığın detallarını açıqlamasa da, bunun hər iki şirkətə fayda verdiyi bildirilir.
Mənbə: Techrunch
Tərcümə etdi: Nərmin Məmmədzadə
