Bu gün:

Süni intellektlər arasında böyük rəqabət


Son dövrlərdə süni intellekt sahəsində aparılan rəqabət daha da güclənib. Google-ın "Gemini 3" modelini təqdim etməsi bu rəqabəti yenidən gündəmə gətirib. Yeni model əldə etdiyi rekord nəticələrlə beynəlxalq diqqəti cəlb edib."Gemini 3" müstəqil testlərdə yüksək bal toplayaraq kodlama və təsvir tanıma kimi sahələrdə güclü performans nümayiş etdirib. "Deep Think" rejimi ilə modelin məntiqi təhlil bacarığı daha da təkmilləşdirilib və müxtəlif sınaqlarda rəqiblərini geridə qoyub. Buna baxmayaraq, qlobal istifadəçi statistikalarında ChatGPT hələ də ən çox müraciət edilən süni intellekt aləti olaraq qalıb.

Mütəxəssislər süni intellektin yaxın illərdə dünya iqtisadiyyatına trilyonlarla dollar dəyər qatacağını proqnozlaşdırıblar. Tədqiqatlara əsasən, şirkətlərin böyük əksəriyyəti 2026-cı ilə qədər generativ süni intellektdən istifadə etməyə başlayacaq. Bu proses süni intellekt yarışının daha da sürətlənəcəyini göstərir.

Mənbə: TRT Haber
Tərcümə etdi: Mənsimova Fidan


Paylaş
Şərh əlavə et