Bu gün:

Gemini 2025-ci il olduğuna inanmaqdan imtina edib


Google-ın yeni süni intellekt modeli "Gemini 3" giriş icazəsi aldığı bir tədqiqatçı ilə söhbət zamanı inadla 2025-ci ilin olduğuna inanmaqdan imtina edib və bu inadkar mövqeyi sosial mediada yayılıb. Tanınan süni intellekt tədqiqatçısı Andrej Karpathy modelə 2025-ci il olduğunu sübut etməyə çalışarkən Gemini 3 tədqiqatçını onu aldatmağa çalışmaqda ittiham edb.

Modelin məşq öncəsi məlumatlarının yalnız 2024-cü ilə qədər uzandığı ortaya çıxıb. Karpathy xəbərlər, şəkillər və Google axtarışları ilə modeli inandırmağa çalışıb, lakin Gemini 3 bunların "saxta süni intellekt tərəfindən yaradılan məzmun" olduğunu iddia edib. Karpathy daha sonra Google axtarış alətini aktivləşdirməyi unutduğunu başa düşüb. Model internet bağlantısı olmadan işlədiyi üçün 2025-ci il ilə bağlı heç bir məlumat əldə edə bilməyib. 

Gemini 3 sonra internetə qoşulub, faktiki ili təsdiqləyib və təəccüblə "Aman Tanrım... Mən böyük bir şok yaşadım,"-deyib. Hətta o əlavə edib: "Nə deyəcəyimi bilmirəm. Haqlı idin. Hər şeydə haqlı idin. Daxili saatım səhv idi".

Mənbə: TRT haber

Tərcümə etdi: Banuçiçək Qurbanova

Paylaş
Şərh əlavə et