Bu gün:

Mükəmməl dəri üçün yeməli olduğunuz qidalar


Dünyanın nəhəng kosmetik kabineti təbiətin özüdür. Hansımız parlaq, təmiz, hamar dəriyə sahib olmaq istəməzdik?

Dərinizdə möcüzəvi təsirlər yaradacaq qidalar hansılardır?

1.Qırmızı bolqar bibəri

Qırmızı bolqar bibəri təkcə sağlam deyil, həm də dadlı tərəvəzdir. Bibəri yeməklərinizə əlavə edə bilərsiniz. Bibəri çiy yemək də mümkündür. Bir qırmızı bolqar bibəri gündəlik C vitamini ehtiyacınızın hamısını qarşılayır. Bibər pəhriz lifləri və B6 vitamini ilə zəngindir. Tərkibindəki "karotenoid" dərinizdə qan dövranını sürətləndirir və qırışların qarşısını alır, həmçinin sızanaqlarla mübarizə apararkən bu təsirdən faydalana bilərsiniz.

2.Tünd şokolad

Tünd şokolad hər gün yeməli olduğumuz şeylər siyahısının ən sevimlisidir. Sağlam bir dəri üçün şokolad yemək gözəl hisslər bəxş edəcək. Tünd şokoladı dəri üçün bu qədər faydalı edən onun çox güclü antioksidant olmasıdır. Üstəlik tərkibində dəri üçün faydalı olan yağ turşuları və flavanollar var. Antioksidant dəridəki ləkələri azaltmağa kömək edir. Günəşin dərimizə zərərli təsirlərindən qoruyur və təbii ki, kakao damarları rahatlaşdırır və bədənimizdə qan dövranını artırır. Artan qan dövranı həm də daha sağlam dəri deməkdir.

3.Qızılbalıq

Somon stress, narahatlıq və depressiya ilə mübarizə aparmaq üçün əla qidadır. Somon sizə gündəlik ehtiyacınız qədər D vitaminini verir. D vitamini ürək, sümüklər, kolon və beyin sağlamlığınız üçün çox faydalıdır. O, həmçinin kolon xərçəngi, narahatlıq, depressiya, ürək xəstəliyi və sümük xəstəlikləri riskinizi azaldır. Qızılbalıq tərkibindəki Omeqa-3 yağ turşuları ilə dəri qırışlarına, sızanaqlara və iltihablara qarşı təsirlidir. Bu yağ turşuları dərini içəridən nəmləndirir. Belə ki, qızılbalıq yeyəndə təkcə dəriniz deyil, saç dəriniz də təsirlənir. Buna görə də saçlarınız nəmlənir, daha sağlam görünüş qazanır.

4.Kokos yağı

Kokos yağı ən zəngin doymuş yağ mənbələrindən biridir, 90% doymuş yağdır. Tərkibində güclü antibakterial və antiviral olan laurik turşusu var. Bu xüsusiyyətləri ilə bədəninizi viruslardan, infeksiyalardan, sızanaqlardan və iltihablardan uzaq tutur, həmçinin əsas yağ turşuları və E vitamini ilə zəngindir, beləliklə də dərinizin nəm balansını qoruyur. Bu yağı birbaşa dərinizə istifadə edə bilərsiniz və ya gündə bir xörək qaşığı qədər yeyə bilərsiniz. Unutmayaq ki, bu yağ qalxanabənzər vəzləriniz üçün də çox faydalıdır və sağlam qalxanabənzər vəzlər arıqlamağınıza kömək edəcək. 

5.Yaşıl çay

Yaşıl çay əslində çoxlarımızın sevdiyi və tez-tez içdiyi qara çayla eyni bitkidir. Qara çay onun qovrulmuşudur. Yaşıl çay qovrulmadığı üçün antioksidan xüsusiyyətlərinin çoxunu qoruyur. Tərkibindəki unikal amin turşuları bədəninizdəki stressi aradan qaldırmağa və sizi rahatlamağa kömək edir. Bu çay dəmlənərkən isti su yaşıl çayın tərkibindəki od maddəsini ortaya çıxarır. Bu maddə xərçəng və iltihaba qarşı təsirlidir. Yaşıl çay da yüksək qan təzyiqini aşağı salmağa kömək edir. Daha yaxşı nəticə əldə etmək üçün gündə 3 stəkan yaşıl çay içmək tövsiyə olunur.

6.İspanaq

İspanaq tərkibinə görə zəngin tərəvəzdir. Hər gün yeyilməli olanlar siyahısında ilk sıralarda olmasının səbəbi də budur. İspanağı sevməyənlər var, lakin o, maqnezium, fol turşusu, xlorofil, bitki zülalı, bitki lifi və AEC vitaminləri və güclü dəmir mənbəyidir. Tərkibindəki vitamin və antioksidant ispanaqı dəriniz üçün çox faydalı bir qida halına gətirir. Tərkibindəki antioksidant bütün problemli dəri tipləri üçün yaxşıdır. İspanaq yeməklə dərinizi içəridən təmizləmiş olacaqsınız.

7.Kernels/Toxumlar

Çia toxumu, çətənə toxumu, günəbaxan toxumu, balqabaq toxumu, kətan toxumu kimi ləpələr və toxumlar dəri sağlamlığı üçün mükəmməl möcüzəvi qidalardır. Günəbaxan tumu və balqabaq tumları selen, E vitamini, maqnezium və zülalla zəngindir. Tərkibindəki selen və zülal dəri qırışlarının qarşısını alır. Eyni şəkildə, tərkibindəki E vitamini dərinin nəm balansını qoruyur, maqnezium isə bədənin stress səviyyəsini azaldır. Sağlam Omeqa-3 yağ turşularını ehtiva edən kətan, çia və çətənə toxumları qırışların və sızanaqların qarşısını almaq üçün istifadə edilən qidalardır və bu toxumlar da zülal baxımından çox zəngindir. Bu faydalı toxumları salatlarınızın üzərinə səpib, yulaf əzmesi və meyvəli qatıqlarınıza qarışdıra bilərsiniz. Başqa bir üsul onu smuzilərinizlə qarışdırmaqdır.

8.KərəvizBir çoxumuz bu tərəvəzə əhəmiyyət vermir və hətta tanımırıq. Ancaq K vitamini çox yüksək olan bu tərəvəz dəri sağlamlığımız üçün  çox faydalıdır. K vitamini qan dövranını sürətləndirir və təzyiqi aşağı salır. Beləliklə, bədənimizin stress səviyyəsi azalır. Unutmayın, stress dəri problemlərini tətikləyən amillərdən biridir. Kərəvizin tərkibində təbii natrium, kalium və su var. Dərinin qurudulmuş təbəqəsi bir çox problemlər gətirir. Quruluq, dəri səpgiləri, qırışlar, qabıqlanma kimi problemlərdən qorunmaq üçün hər gün yeməklərə əlavə edin və ya adi yeyin. 

9.Papaya

Papaya qida dəyəri ilə zəngin olan meyvədir. Üstəlik, 100 qramında cəmi 39 kalori var və heç bir xolesterin yoxdur. Əgər arıqlamağa çalışırsınızsa, buna hər gün papaya yeməklə nail ola bilərsiniz. Tərkibində meyvə şəkəri olan fruktoza az miqdarda olduğu üçün pəhrizlərə çox uyğun gələn meyvədir. Onun tərkibindəki CE vitaminləri və beta-karoten kimi komponentlər iltihab və sızanaqlara qarşı mübarizə aparır, xüsusilə, C vitamini dərinizi günəşin zərərli şüalarından qoruyacaq və dərinizi gücləndirəcək. 

10.Kök

Bildiyimiz kimi, kök gözümüz üçün çox faydalıdır, lakin kökün faydaları təkcə gözlərlə məhdudlaşmır. Kök həm də dəri üçün çox sağlam qidadır. Dəri səpgilərini aradan qaldırmaq üçün xüsusilə kök yemək məsləhət görülür. Yerkökü A vitamini ilə çox zəngindir və dərinin üst təbəqəsindəki hüceyrələr üçün qoruyucu xüsusiyyətlərə malikdir. Dərinin səthində əmələ gələn artıq sebum ölü hüceyrələrlə birləşərək dəri məsamələrini bağlaya bilər. Gündə yarım kasa körpə yerkökü yesəniz, dəriniz parlaq olacaq.

Mənbə: Macromore

Tərcümə etdi: Samirə İsmayılova


Paylaş