Samsung-un növbəti "Galaxy Buds 4 Pro" qulaqlıqları barədə əldə edilən yeni məlumata görə, bu versiyasının dizayn və funksiyalarında müəyyən dəyişikliklər olacaq.

Galaxy Buds 4 Pro əvvəlki Buds 3-dəki “blade” dizaynından imtina edib. Yeni modeldə düz, fırçalanmış metal örtük və yuxarı hissədə ehtimal ki mikrofonu gizlədən kiçik barmaqlıq görünür. Max Jambor dizaynın real olduğunu təsdiqləyib.
Ən diqqətçəkən yeniliklərdən biri isə qulaqlıqların qutusu üzərindəki düyməyə basaraq telefonda siqnal səsləndirməkdir. Bu, istifadəçilərə telefonu tez tapmaq imkanı verəcək. Eyni zamanda qutunun üzərində dinamik üçün nəzərdə tutulmuş hissə də var. Bu da qutunu telefon vasitəsilə səsləndirərək qulaqlıqları tapmağın mümkün olacağını göstərir.
Samsung-un yeni qulaqlıqları adətən Z Fold və Flip modelləri ilə birlikdə təqdim edilir. Lakin Galaxy Buds 4 Pro-nun Galaxy S26 ilə birlikdə növbəti ilin əvvəlində təqdim oluna biləcəyi gözlənilir.
Mənbə: 9to5google
Tərcümə etdi: Nərmin Məmmədzadə
