Yayda, xüsusən də, tətildə burnunuzu çəkdiyinizi hiss edirsinizsə, əslində, kondisioner buna səbəb ola bilər.2004-cü ildə Journal of Epidemiology jurnalında aparılan bir araşdırmaya görə, "kondisioner xəstəliyi" adlı fərqli bir xəstəlik aşkar edilmişdir.
Tədqiqatçılar müəyyən ediblər ki, kondisionerli bir mühitdə olmaq qurğuya texniki qulluq göstərilmədikdə və ya zəif havalandırılan binada olarsa, sağlamlıq problemlərinə səbəb ola bilər.

EPA-ya görə, pis havalandırılan bir binada kondisionerlə işləmək və ya yaşamaq bina sakinlərinin yaşadığı kollektiv simptomları təsvir etmək üçün istifadə edilən "xəstə bina sindromu" riskinizi artıra bilər.
Simptomlara baş ağrısı, quru öskürək, başgicəllənmə, ürəkbulanma, konsentrasiyada çətinlik, yorğunluq və qoxuya qarşı həssaslıq daxil ola bilər.
Science ABC-yə görə, kondisionerlər düzgün qulluq edilmədikdə və ya təmizlənmədikdə potensial olaraq bakteriya və kiflə doludur. Bu, cihazın yoluxmuş havanı dövriyyə edə biləcəyini ifadə edə bilər.
İstilik, havalandırma və kondisioner qurğuları daxili havadan çirki və kirliliyi süzmək üçün nəzərdə tutulmuşdur, lakin filtrlər düzgün təmizlənmədikdə hava hissəciklərinin və mikroorqanizmlərin çoxalması üçün əsas sahəyə çevrilirlər. Bu, astma, allergiya və digər tənəffüs əlamətlərinə səbəb ola bilər.
CDC-yə görə, xəstəlik Legionella bakteriyasının səbəb olduğu ciddi bir pnevmoniya növüdür və kondisionerlər və ya isti vannalar kimi yerlərdən su damcılarını tənəffüs etməklə yoluxa bilər.
Kaliforniya Xalq Sağlamlığı Departamentinin nümayəndəsi deyir,-“Kondisioner filtrləri zamanla kif, göbələk və ya digər mikroorqanizmlərlə çirklənir. Bu, kiflərə, xüsusilə, həssas olan bəzi sərnişinlər üçün tənəffüs problemlərinə səbəb ola bilər”.
Mənbə: Sözcü
Tərcümə etdi: Xədicə Cabbarlı
