Bu gün:

Süni intellekdən həkimlərə yardım


Süni intellekt texnologiyası qırıq və çıxıqların daha sürətli və dəqiq müəyyənləşdirilməsi üçün tibbi müəssisələrdə tətbiq olunmağa başlayıb. İngiltərənin NHS sistemi bu məqsədlə iki illik pilot layihə həyata keçirib. Sınaq proqramı ayın sonunda Northern Lincolnshire and Goole Trust-a bağlı təcili yardım bölmələrində başlayacaq. Layihə çərçivəsində süni intellekt klinik qərarvermə prosesinə dəstək göstərərək həkimlərin diaqnostika yükünü azaltmağa xidmət edib. Sistem röntgen məlumatlarına avtomatik şərh əlavə edərək həkimlərin daha dəqiq qiymətləndirmə aparmasına imkan yaradıb. Bununla belə bütün görüntülərin son qiymətləndirilməsi yenə də klinisyenlərin məsuliyyətində qalıb. Layihə həkimlərin qərarvermə prosesini sürətləndirmək və səhvlərin qarşısını almaq məqsədi daşıyır. Pilot proqram müsbət nəticə verərsə, texnologiyanın regiondakı digər xəstəxanalarda da geniş şəkildə tətbiq ediləcəyi bildirilib.

Mənbə: Nuvemmag.com

Tərcümə etdi: Fidan Mənsimova 

 

Paylaş
Şərh əlavə et