Bu gün:

Göz sağlamlığı üçün faydalı qidalar


Çiyələk

Çiyələk yüksək miqdarda C vitamini ehtiva etdiyi üçün gözlər üçün çox faydalıdır.

Portağal

Portağal həm beta-karoten antioksidant, həm də C vitamini ehtiva edir. Vitamin C bədənə yaşla bağlı degenerasiya, katarakta və ümumiyyətlə, görmə itkisi ilə mübarizə aparmağa kömək edir.


Qatıq

Süddə həm A vitamini, həm də sink var. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, tərkibində probiyotiklər olan qatıq allergik konyunktivitdən tutmuş quru gözlərə qədər bir çox göz xəstəliklərinə yaxşı təsir edir.


Badam

Badam və digər oxşar qoz-fındıqların tərkibində yüksək miqdarda E vitamini var. E vitamini gözlər üçün çox faydalı birləşmədir.


Yumurta

Yumurtada lutein, zeaksantin, sink və A vitamini kimi gözlərin ehtiyac duyduğu bir çox vitaminlər var. 2019-cu ildə aparılan bir araşdırmaya görə, müntəzəm olaraq yumurta yemək yaşla bağlı degenerasiya riskini əhəmiyyətli dərəcədə azaldır.


İspanaq

İspanaq göz sağlamlığı üçün çox vacib tərkib hissəsidir. Tərkibində yüksək miqdarda lutein var. 


Oyster

Ölkəmizdə çox istifadə edilməsə də, Omeqa-3 yağ turşuları və sink baxımından çox yüksək bir qidadır. Zamanla gözdəki degenerasiyaya qarşı mübarizə aparan qidadır.

Kivi

Kivinin tərkibində gözlərə işığı süzməyə imkan verən zeaksantin var.


Ləpə

Ləpələr göz görməsi üçün ən yaxşı qidalardan biridir. Tərkibində yüksək miqdarda E vitamini var. Degenerasiya ilə mübarizə apararkən günəşin ultrabənövşəyi şüalarından da qoruyur.


Kök

Kök göz sağlamlığı üçün faydalı qidadır. Tərkibində yüksək miqdarda A vitamini və beta-karoten antioksidantları var. A vitamini miyopiyadan və gecə aydın görmədən qoruyur.


Somon

Gözlərin sağlam olması üçün nəm olmalıdır. Somon yüksək Omeqa-3 tərkibinə görə göz quruluğunu azaldır. 


Brokoli

Amerika Optometrik Dərnəyinin apardığı araşdırmada brokolinin tərkibindəki indol-3-karbinol birləşməsinin tor qişadan toksinlərin çıxarılmasına kömək etdiyi ortaya çıxıb.


Mənbə: Habertürk

Tərcümə etdi: Xədicə Cabbarlı

Paylaş
Şərh əlavə et