Samsung yeni Smart Keyboard adlı klaviaturasını təqdim edib. Klaviatura Bluetooth 5.4 vasitəsilə üç cihazı eyni anda yadda saxlaya bilir.

Klaviaturaya əlavə edilən AI düyməsi Android cihazlarında Bixby və ya Google Gemini-ni, Windows-da isə Microsoft Copilot-u işə salır.
Smart Keyboard 4,3 mm qalınlıqda, 218 qram çəkidə alüminium korpusla gəlir və CR2032 tipli batareya ilə işləyir. Samsung batareya ömrünü açıqlamasa da, “uzunmüddətli istifadə” vəd edir. Lakin AAA batareyaların daha praktik olduğu qeyd olunur.
Smart Keyboard (EJ-B7800) artıq ABŞ (110$), İtaliya (100€), Honq Konq (1000 HKD) və Malayziyada (500 MYR) satışdadır. Kanada və Hindistanda isə tezliklə satışa çıxarılacaq.
Mənbə: 9to5google
Tərcümə: Nərmin Məmmədzadə
